Dünya 11:02 16.08.2022

İrəvan metrosunda bomba həyacanı: Bütün qatarların hərəkəti dayandırıldı

Ermənistanın paytaxtı İrəvanda metronun fəaliyyəti dayandırılıb. 

Qaynarinfo "sputnik Armenia"ya istinadən xəbər verir ki, buna səbəb bütün stansiyalara bomba quraşrılıması ilə bağlı xəbərdarlığın daxil olmasıdır. Bu barədə İrəvan Metropoliteninin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, avqustun 16-da Fövqəladə Hallar Nazirliyinə İrəvan metrosunun stansiyalarında partlayıcı qurğuların qoyulması barədə məlumat daxil olub.

Xilasedicilər və istehkamçılardan ibarət qruplar yoxlamalar aparmaq üçün stansiyaya yollanıblar. 

Xatırladaq ki, avqustun 2-də və 14-də Fövqəladə Hallar Nazirliyinə İrəvan Metropoliteninin bütün stansiyalarına bomba qoyulması ilə bağlı məlumat daxil olub. Yoxlamaların nəticələrinə görə, məlumatlar təsdiqini tapmayıb. Bombalarla bağlı yalan məlumat verilməsi faktı ilə bağlı cinayət işi açılıb.

Aydın