Dünya 08:53 16.08.2022

İrəvanda ölənlərin sayı 15-ə çatdı, 62 yaralı var

Ermənistanın paytaxtı İrəvandakı "Surmalu" ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

Qaynarinfo rmənistan Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ölənlərdən 9-nun, o cümlədən meyiti tapılan uşağın şəxsiyyəti hələ müəyyən edilməyib.

Avqustun 14-də günorta İrəvanda "Sürməli” ticarət mərkəzində güclü partlayış və yanğın olub. Hadisə nəticəsində daha 62 nəfər yaralanıb.
 
Qeyd edək ki, avqustun 8-də "Sürməli” Ticarət Mərkəzində partlayış baş verib. Axtarışda 350 xilasedici iştirak edir və təxminən 150 könüllü də onlara dəsgtək verir.