Ermənistan Fövqəladə Hallar Nazirliyi İrəvandakı "Sürməli” ticarət mərkəzində baş vermiş partlayış nəticəsində itkin düşənlər siyahısında olan sonuncu vətəndaşın axtarışını dayandırıb.
Qaynarinfo Sputnik Ermənistan-a istinadla xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Hayk Kostanyan məlumat
verib.
Onun sözlərinə görə, vətəndaşı tapmaq mümkün olmayıb.
Kostanyan qeyd edib ki, partlayışın baş verdiyi ehtimal edilən yerdə birbaşa olaraq bir neçə gün axtarışlar aparılıb. Bəzi məlumatlara görə, partlayış zamanı vətəndaş orada olub.
"Partlayışın episentri və ətraf ərazilərdə, hətta bəzi kənar sahələrdə yenidən hərtərəfli axtarış işləri aparılıb. Bu işlər nəticəsində təəssüf ki, vətəndaşın meyitini və ya qalıqlarını tapmaq mümkün olmayıb”, - Kostanyan deiyb.
O, həmçinin xatırladıb ki, yanğın və partlayışdan sonra 43 saat ərzində xilasedicilər 10-u sağ olmaqla 26 nəfəri dağıntılar altından çıxarıblar.
Xatırladaq ki, avqustun 14-də günorta İrəvandakı "Sürməli” ticarət mərkəzində güclü partlayış baş verib. Hadisə nəticəsində 16 nəfər ölüb, 62 nəfər yaralanıb, 1 nəfər itkin düşüb.
Ermənistanda və "Dağlıq Qarabağda” (17-18 avqust) iki günlük matəm elan edilib.
Alpər
Şərhlər