Dünya 14:19 14.08.2022

İrəvanda ticarət mərkəzindəki partlayışda 3 nəfər ölüb, 61 nəfər yaralanıb (YENİLƏNİB/FOTO/VİDEO)

İrəvanda "Surmalu” Ticarət Mərkəzində baş verən partlayışda daha bir nəfər ölüb.

Qaynarinfo xəbər verir bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan məlumat verib.

15:17

İrəvanda "Surmalu" Ticarət Mərkəzində baş verən partlayış və yanğın nəticəsində ticarət mərkəzi ərazisindəki binalardan biri çöküb.

Qaynarinfo xəbər verir ki, şahidlər dağıntılar altında insanların qaldığını bildiriblər.

İlkin versiyaya görə, pirotexnik malların yerləşdiyi mağazanın olduğu bina çöküb.

Ermənistan Fövqəladə Hallar Nazirliyi ticarət mərkəzində partlayış nəticəsində 1 nəfərin öldüyünü, 20 nəfərin yaralandığını açıqlayıb.

14.17

Ermənistanda partlayış olub.

Qaynarinfo xəbər verir ki, hadisə İrəvanda, "Surmalu” ticarət mərkəzində qeydə alınıb. Partlayış zamanı xəsarət alanların olduğu bildirilir.

Qeyd edilir ki, partlayışdan sonra ticarət mərkəzində yanğın başlayıb.

Hadisənin hansı səbəbdən baş verdiyi, yaralıların dəqiq sayı açıqlanmır. Lakin bildirilir ki, dağıntılar altında xeyli insan qalıb. Partlayış zamanı ərazidəki mağazalara və avtomobillərə də ciddi ziyan dəyib. Əraziyə təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Ərazini tüstü bürüyüb. Fövqəladə xidmətlər yerli sakinlərə evlərini tərk etməməyi məsləhət görüblər. Qeyd edilir ki, ikinci partlayış təhlükəsi var.