Dünya 19:11 06.09.2022

İrəvanın keçmiş vitse-meri həyat yoldaşı ilə birlikdə prokurorluğa çağırıldı

İrəvanın keçmiş vitse-meri Vahe Nikoyan və həyat yoldaşı Armine Qriqoryan qanunsuz əldə edilmiş əmlakla bağlı işin istintaqı çərçivəsində Baş Prokurorluğa dəvət olunublar.

Qaynarinfo bu barədə "Sputnik Ermənistan"a istinadən xəbər verir.

Nikoyan və həyat yoldaşı sentyabrın 7-də prokurorluğa getməlidirlər, çünki prokurorluqda keçmiş vitse-mer və onun həyat yoldaşına məxsus əmlakla bağlı suallar var.

Bundan əvvəl məlum olub ki, Konstitusiya Məhkəməsinin hakimi Qrayr Tovmasyan da sentyabrın 7-də Ermənistan Baş Prokurorluğunun qanunsuz yolla əldə edilmiş əmlakın müsadirə edilməsi şöbəsinə dəvət olunub. Baş Prokurorluğa Tovmasyandan başqa, onun həyat yoldaşı Lamara Xudaverdyan, qızları Qohar və Məryəm, daha iki qohumu – Sona Xudaverdyan və Rubik Qazaryan da dəvət olunub.

Alpər