Dünya 15:15 21.11.2022

İsrail Rusiyaya nota verdi

İsrail İranla hərbi əməkdaşlıq etdiyinə görə Rusiyaya etiraz notası verib.

Qaynarinfo xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Bildirilib ki, İsrail Xarici İşlər Nazirliyi İran və Rusiya arasında hərbi əməkdaşlığa etiraz edib və İsrailin Moskvadakı səfiri bununla bağlı müvafiq notanı Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanova təqdim edib.

Qeyd edilib ki, İsrail Milli Təhlükəsizlik Qərargahının rəhbəri Eyal Hulata Rusiyaya xəbərdarlıq edib: "Rusiya İrandan ballistik raketlər alarsa, Ukraynaya dəqiq idarə olunan raketlər çatdıracağıq”.