Dünya 22:28 15.10.2022

İsrail Türkiyəyə mədən qəzası ilə bağlı kömək təklif etdi

İsrail hökuməti kömür mədənində baş vermiş qəza ilə bağlı Türkiyəyə köməyə hazır olduğunu bəyan edib.

Qaynarinfo xəbər verir ki, bu barədə İsrailin Baş naziri Yair Lapid tviterdə bildirib.

"İsrail Bartın vilayətində baş verən dəhşətli faciədən sonra Türkiyənin yanındadır. Mən Mövlud Çavuşoğluna həlak olanlarla bağlı başsağlığımızı çatdırdım, yaralananlara şəfa dilədim", - Lapid yazıb.

Xatırladaq ki, bu gecə Türkiyənin Bartin şəhərindəki mədəndə baş vermiş partlayış nəticəsində 41 nəfər ölüb.