Dünya 14:08 23.02.2023

İsraildə 3500 illik beyin cərrahiyyəsi faktının izləri üzə çıxdı (FOTO)

İsraildə alimlər Yaxın Şərqdə ən qədim kəllə əməliyyatının izlərini aşkar ediblər. Əməliyyat 3500 il əvvəl keçirilib. 

Qaynarinfo "Science Alert”in məlumatına istinadən xəbər verir ki, əməliyyat uğursuz alınıb, xəstə dünyasını dəyişib.

2016-cı ildə arxeoloqların Megiddonun zirvəsindəki məşhur bibliya şəhəri Armageddonda sarayın yaşayış yerində bir cüt məzar tapdıqları bildirilir. Qazıntılar zamanı təxminən 3500 il əvvəl bir yerdə dəfn edilmiş iki nəfərin qalıqları aşkar edilib.

Alimlər qalıqların iki qardaşa məxsus olduğunu, onlardan birinin erkən yaşda dünyasını dəyişdiyini, ikincisinin isə ölüm zamanı 30 yaşından kiçik olduğunu müəyyən edə biliblər.

Qardaşların hər birinin cəsədində xəstəlik əlamətləri görünsə də, böyük qardaşın kəlləsində trepanasiya kimi tanınan prosedurun əlamətləri açıq şəkildə görünür.
Bu prosedurun hansı məqsədlə həyata keçirildiyi hələ aydın deyil: bu, sadəcə olaraq ritual və ya beyinə artan təzyiqi aradan qaldırmaq üçün şüurlu cəhd olub.
Qardaşlara gəlincə, əməliyyatın məqsədi nə olursa-olsun, son nəticədə uğursuz olub. Tədqiqat göstərib ki, ölüm zamanı 20-30 yaşlarında olan adam kəllə sümüyü açıldıqdan az sonra vəfat edib.

Qaynarinfo-nun arayışı:. Trepanasiya kəllə sümüyünün cərrahi əməliyyatıdır. Bu müddət ərzində cərrah sümüyü qazır. Bir qayda olaraq, əməliyyat kəllədaxili formasiyalara (məsələn, şişlər) çıxışı təmin etmək üçün, həmçinin bəzi hallarda xəstənin kəllədaxili təzyiqini azaltmaq üçün istifadə olunur.

Alpər