Dünya 13:44 02.11.2022

İsraildə seçkilər: Netanyahu geri dönür?

Exit-poll nəticələrinə görə, İsraildə keçmiş baş nazir Benyamin Netanyahu çərşənbə axşamı keçirilmiş seçkilərdə qalib gələ bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Seçki məntəqələrinin önündə keçirilən sorğular onun Likud Partiyasının rəhbərlik etdiyi sağçı bloka az üstünlüklə qalib gəldiyini göstərir. Belə bir nəticə 12 illik hakimiyyətdən sonra keçən il istefa vermiş Netanyahunun geri qayıtması deməkdir.

Bu seçki İsraildə geniş şəkildə Netanyahunun geri dönməsinin lehinə və ya əleyhinə səsvermə kimi qiymətləndirildi. 

İsrail televiziyasının exit-pollları göstərir ki, Netanyahunun bloku 120 yerlik Knessetdə (parlament) 61 və ya 62 yer qazanacaq. Sorğulara görə, Likud Partiyası 30-31 yerlə Knessetdə ən böyük partiya ola bilər, millətçi və dini partiyaların dəstəklədiyi çoxluğa malikdir. Keçən ilki seçkilərdə Netanyahuya qalib gələn hazırkı baş nazir Yair Lapidin sol mərkəzçi partiyasının 24 mandat qazanacağı gözlənilir.

Əgər sorğuların nəticələri təsdiqlənərsə, bu, son dörd ildə altıncı seçkinin keçirilməsi perspektivini geri çəkəcək.

Rəsmi nəticələrin yaxın saatlarda açıqlanacağı gözlənirlir.

Nizami Bağırov