Dünya 23:27 02.03.2023

İsrailin İrana zərbə pəncərəsi daralır: Tehran Rusiyadan S-400 alır... - "Bloomberg"

İran Rusiyadan S-400 zenit-raket kompleksləri almağı planlaşdırır. İsrail də öz növbəsində bu hava hücumundan müdafiə sistemlərinin İranda quraşdırılmasının İranın nüvə proqramına qarşı potensial zərbə imkanlarını azaldacağından ehtiyat edir.

Qaynarinfo bu barədə "Bloomberg" xəbər verir.

İsrail və ABŞ-dakı mənbələr bildiriblər ki, İranın Rusiyadan zenit sistemi alması ehtimalı Təl-Əvivdən zərbə endirmə qərarını sürətləndirə bilər. Bundan əlavə, agentlik qeyd edir ki, İsrail İranın mümkün nüvə silahı yaratmasından ehtiyat edir.

Yanvarda İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Şəhriyar Heydəri ilk dəfə olaraq Moskvadan helikopterlər və raketlər də daxil olmaqla, Su-35 qırıcılarının, eləcə də digər hərbi texnikanın alınmasına dair sifarişin olduğunu təsdiqləyib.

Alpər