İsrailin xarici işlər naziri Eli Koen Kiyevə gedib.
Qaynarinfo bu barədə Rosbalt-a istinadla xəbər
verir.
Nazir Lvovdan Ukrayna paytaxtına qayıdarkən Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşmək və səfirlik açmaq niyyətindədir.
Koen sosial şəbəkələrdəki mesajında qeyd edib ki, bu, Rusiyanın hücumu başlayandan bəri İsrail nazirinin Ukraynaya ilk səfəridir. O əlavə edib ki, xarici işlər naziri Dmitri Kuleba ilə də görüşməyi planlaşdırır.
"Mən deməyə gəlmişəm ki, İsrail çətin anlarda Ukraynanı və Ukrayna xalqını dəstəkləyir”, - diplomat vurğulayıb və əlavə edib ki, Babi Yar və Buçaya səfər etmək niyyətindədir.
Alpər
Şərhlər