Ölkə 09:51 20.05.2022

Jurnalist Qadir İbrahimli dəfn olundu (YENİLƏNİB)

Bu gün dünyasını dəyişən tanınmış jurnalist Qadir İbrahimli dəfn olunub.

"Report" xəbər verir ki, mərhum Lənkəran şəhərində torpağa tapşırılıb.

Dəfn mərasimində onun yaxınları, mətbuat nümayəndələri iştirak edib.

 14:27

Mərhum jurnalist Qadir İbrahimli ilə vida mərasimi keçirilib.

"Report"un xəbərinə görə, vida mərasimi mərhumun yaşadığı "Jurnalistlər binası"nın qarşısında baş tutub.

Mərasimdə mərhumun ailə üzvləri, jurnalistlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Onun nəşi daha sonra dəfn olunmaq üçün Lənkəran şəhərinə aparılacaq.

Mərhumun nəşi dəfn olunmaq üçün Lənkəran şəhərinə yola salınıb. O, bu gün torpağa tapşırılacaq.

11.59
 
Bu gün xəstəxanada vəfat edən jurnalist Qadir İbrahimlinin cənazəsi ailəsinə təhvil verilib.

APA xəbər verir ki, jurnalistin cənazəsi Yasamal rayonundakı Hacı Cavad məscidinə aparılıb.

Daha sonra Qadir İbrahimli ilə "Jurnalistlər binası"nın qarşısında vida mərasimi keçiriləcək.

Jurnalist doğulduğu Lənkəran şəhərində dəfn ediləcək.

Qeyd edək ki, Qadir İbrahimli kəskin qaraciyər sirrozu diaqnozu ilə mayın 18-də M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi.

O, bu gün səhər saatlarında vəfat edib.
 
09.51

Jurnalist Qadir İbrahimli vəfat edib.

Bu barədə Qaynarinfo-ya TƏBİB-dən bildirilib. 53 yaşlı jurnalist az öncə dünyasını dəyişib.

Xatırladaq ki, Qadir İbrahimli kəskin qaraciyər sirrozu diaqnozu ilə mayın 18-də M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi.