Dünya 16:04 04.08.2022

Kiyev məğlub olarsa, Tiflis və Astananın taleyi necə olacaq? – Leonid Kuçma

Ukraynanın eks-prezidenti Leonid Kuçma BBC-yə müsahibəsində respublikadakı vəziyyətlə bağlı fikirlərini bölüşüb və Kiyevin məğlubiyyəti halında digər ölkələrin taleyini proqnozlaşdırıb.

Qaynarinfo bu barədə MK.ru-ya istinadla xəbər verir.

Keçmiş Ukrayna liderinin fikrincə, təhlükə, görünür, silahlı qarşıdurma zonasına ən yaxın ölkələri - Litva və ya Polşanı deyil, Şimali Atlantika Alyansının üzvü olmayan postsovet respublikalarını, xüsusən də Qazaxıstan və Gürcüstan üçün yaranacaq.

2021-ci il sentyabrın 10-da Leonid Kuçma Ukrayna prezidenti Volodimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında görüşün konstruktivliyinə şübhə etdiyini bildirmişdi. Ukrayna dövlətinin keçmiş rəhbərinin nöqteyi-nəzərindən o görüşdə "ayrı-ayrı dillərdə” danışıla bilərdi.
 
Alpər