İdman 13:54 19.08.2022

Klub tarixinin ən bahalı futbolçusu oldu

"Vulverhempton" "Sportinq"in futbolçusu Matheus Nunes ilə 5 illik müqavilə imzalayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə klubun rəsmi saytı açıqlama yayıb. Futbolçunun transfer qiyməti dəqiqləşdirməsə də, bunun klub tarixinin ən bahalı oyunçusu olduğu açıqlanıb. 

Britaniya mətbuatında çıxan xəbərə görə, 23 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayan "Vulverhempton" bu transfer üçün Portuqaliya komandasına 38 milyon funt sterlinq (50 milyon avro) ödəyəcək.

Nunes ötən mövsüm "Sportinq"in heyətində 50 oyunda iştirak edib, 4 qol vurub, 5 məhsuldar ötürmə edib.

Səbuhi Həsənov