Dünya 16:31 29.09.2022

Kreml nüvə silahından istifadə edərsə, NATO Ukraynaya qoşun göndərə bilər?

Rusiya taktiki nüvə silahından istifadə edərsə, NATO Ukraynadakı müharibəyə müdaxilə edə bilər. 

Qaynarinfo xəbər verir ki, NBC telekanalının efirində çıxış edən Polşanın xarici işlər naziri Zbiqnev Rau hadisələrin bu versiyasını istisna etməyib.

Eyni zamanda, Rau vurğulayıb ki, alyans cavab olaraq nüvə silahından istifadə etməməlidir. "NATO ənənəvi şəkildə cavab verməlidir, lakin onun cavabı dağıdıcı olmalıdır", - Polşalı nazir hesab edir.
 
Alpər