Siyasət 22:05 30.05.2022

Kuleba: "Biz Rusiyaya necə qalib gələcəyimizi bilirik" (VİDEO)

Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba vurğulayıb ki, Ukraynaya silah verilməsi digər dövlətləri Rusiyanın başlatdığı müharibəyə sürükləməyəcək.

Qaynarinfo xəbər verir ki, bazar ertəsi, mayın 30-da keçirdiyi brifinq zamanı o, Rusiya rəsmilərinin və ya ayrı-ayrı avropalı siyasətçilərin və ya ziyalıların "Ukraynaya silah verməyə ehtiyac yoxdur, çünki bu, bizi müharibəyə sürükləyəcək” bəyanatlarına uymamağa çağırıb 
"Əsgərləriniz bizim üçün vuruşmayana qədər heç bir şey sizi müharibəyə sürükləməyəcək. Xatırladım ki, biz, sizə heç vaxt əsgərlərinizdən bizim üçün döyüşmələrini istəməmişik. Biz necə qalib gələcəyimizi bilirik. Biz necə mübarizə aparacağımızı bilirik. Bizə lazım olan bütün silahları verin, biz qalib gələcəyik və dünyada heç kim bu müharibəyə cəlb olunmayacaq”, - deyə nazir bildirib.

XİN rəhbəri vurğulayıb ki, Rusiya heç kimin Ukraynaya kömək etməməsini, rus qoşunlarının mümkün qədər tez bir zamanda daha çox ukraynalını öldürməsini və mümkün qədər çox ərazini ələ keçirməsini təmin etməyə çalışır.

"Ona görə də onlar (ruslar – red.) dolanırlar və hər addımda hamını Ukraynanı dəstəkləməyin dəhşətli nəticələri ilə hədələyirlər, amma həqiqət göz qabağındadır”, - deyə o yekunlaşdırıb.

Nizami Bağırov