Dünya 12:22 16.04.2022

Mayın 9-dək Putinin əsas vəzifəsi... - Ukraynalı general danışır

"Vladimir Putin üçün Mariupolun və onun müdafiəçilərinin ələ keçirilməsi böyük əhəmiyyət kəsb edir. Ruslar üçün mayın 9-na qədər "maksimum” vəzifə Donbass ərazisinin ələ keçirməsi sayıla bilər".

Qaynarinfo xəbər verir ki, bu sözləri Gordonua.com-a Ukrayna Silahlı Qüvvələrinin istefada olan generalı Andrey Kojemyakin Alesya Batsmana müsahibəsində deyib.

"Putin və onun ətrafı, hərbi rəhbərliyin mayın 9-na qədər indiki vəziyyətdə nə istədiklərini dəqiq təsəvvür etmək çətindir. Bu, psixoloji prosesdir. Düşünürəm ki, onlar kiçik, lakin sonra qızışdırılan və nümayiş etdirilən qələbə istəyirlər. Gəlin deyək ki, 2014-cü ildə Luqansk və Donetsk vilayətlərinin sərhədlərinə çatmaq üçün Slavyansk, Kramatorsk, Severodonetsk istiqamətində ağır zərbələr olmuşdu. Təbii ki, Mariupolun ələ keçirilməsi, onun müdafiəçilərinin təslim olmağa məcbur edilməsi və ya onları məhv etmək əsas vəzifədir. Bu, Putin üçün çox vacibdir”, deyə general bildirib.

Kojemyakinin sözlərinə görə, rusların Ukrayna paytaxtını ələ keçirmək üçün ikinci cəhdini də istisna etmək olmaz:

"Düşünürəm ki, Putin və onun silahlı komandirləri əsas zərbəni Donetskdən, Luqanskdan vurmaq variantını təklif edirlər. Əgər onlar bu istiqamətdə uğur qazansalar, istisna etmirəm ki, hazırda Qomeldə olan 20 minlik dəstə Ukraynanın paytaxtına növbəti dəfə səfər edə bilər. Amma düşünürəm ki, bu baş verməyəcək”.

Aydın