Ölkə 14.05.2022

Milli Qəhrəmanın qızı: “Atam dedi ki, mənə silah ver” (VİDEO)

ATV-nin "Bizimləsən” proqramının növbəti buraxılışında Milli Qəhrəman Allahverdi Teymur oğlu Bağırovun həyat yoldaşı Validə Bağırova, qızları Zümrüd və Aynur Bağırovalar, nəvəsi Əli Əlizadə və bacısı Almaz Bağırova qonaq olublar.

Qaynarinfo xəbər verir ki, atası haqqında danışan Aynur, əvvəllər həkim olmaq arzusunda olduğunu bildirib:

"Atam şəhid olduqdan sonra biz onun formasını o qədər sevdik, ona o qədər yaraşdı ki... Fikirləşdik ki, onun yolunu davam etdirək. Bu cür igid atanın övladı olmaq çox qürur vericidir.

44 günlük Qarabağ müharibəsindən bir gün öncə yuxumda atamı gördüm. Dedi ki, Aynur, yanımda dur, tərpənmə. Nə istəsəm ver, silah ver mənə. Gördüm ki, döyüşür”.

Ətraflı video görüntüdə: