İdman 22:48 18.10.2022

Millimizin qapıçısı Qazaxıstan klubunda

Futzal üzrə Azərbaycan millisinin və "Araz-Naxçıvan” klubunun qapıçısı Rövşən Hüseynli karyerasını Qazaxıstanda davam etdirəcək.

Federasiyadan Qaynarinfo-ya verilən məlumata görə, 31 yaşlı qolkiper "Atırau" klubuna keçib.

O, icarə əsasında sözügedən komandada çıxış edəcək.

Qeyd edək ki, Rövşən Hüseynli daha əvvəl Rusiya "Torpedo"sunun da formasını geyinib.