"Brüsseldə olacaq bu görüş nəticəsində iki ölkə arasında kommisiyaların yaradılması və Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında görüş məsələsində müsbət dinamika yaranacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Nəsimi Məmmədli mayın 2-də Brüsseldə Azərbaycan Prezident Adminstrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında olacaq görüşü şərh edərkən deyib.
Politoloq bildirib ki, Aİ Azərbaycanın maraqlarına cavab verən tərəfdir:
"Avropa İttifaqının iştirakı ilə bu istiqamətdə keçirilən görüşlərlə bağlı Azərbaycan tərəfinin müsbət mövqedə olduğu rəsmilərimiz tərəfindən bir neçə dəfə vurğulanıb. ATƏT-in Minsk qrupu və Rusiyanın təkbaşına vasitəçiliyindənsə, Aİ-nin vasitəçiliyi Azərbaycanın marağına daha çox uyğundur. Aİ-nin daha çox sivil dünyanı özündə birləşdirən tərəfləri təşviq edə biləcək iqtisadi, siyasi, mədəni resursları kifayət qədər çoxdur. Yəni Rusiyadan və ABŞ-dan fərqli olaraq, Aİ hərbi güclə qorxudan, geosiyasi maraqlarını diktə edən tərəf deyil. Belədə daha çox Azərbaycanın maraqlarına cavab verən tərəfdir. Bakının təqdim etdiyi 5 baza prinsipini Aİ, Ermənistan da qəbul edib. Bu istiqamətdə razılığın əldə olunması üçün iradə ortadadır. Onun gerçəkləşməsinə maneə olan amil isə Rusiyadır. Bununla belə, nəticədən asılı olmayaraq, bu sayaq təmaslar fonunda hər dəfə irəliyə doğru bir addım da olsa, müəyyən işlər həyata keçirilməlidir”.
Rüfət Sultan
Şərhlər