İdman 15:42 21.08.2022

Modriç "Real Madrid"də oyun sayına görə Ronaldunu geridə qoyub

Luka Modriç İspaniyanın "Real Madrid" klubunda meydana ən çox çıxan 4-cü əcnəbi futbolçu olub.

"Report"un məlumatına görə, 37 yaşlı yarımmüdafiəçi buna "Selta"ya 4:1 hesabı ilə qalib gəldikləri La Liqanın II tur oyununda yiyələnib.

"Kral klubu"ndakı matçların sayını 439-a çatdıran xorvatiyalı oyunçu hazırda İngiltərə "Mançester Yunayted"ində çıxış edən Kriştianu Ronaldunu (438) geridə qoyub.

Madrid təmsilçisinin hücumçusu Kərim Benzema 608 qarşılaşma ilə siyahıya başçılıq edir. İlk "3-lük"də Marselo (546) və Roberto Karlos (527) qərarlaşıb.

Qeyd edək ki, Luka Modriç 2012-ci ildən "Real Madrid"də çıxış edir. Ronaldu 2009 - 2018-ci illərdə paytaxt klubunun formasını geyinib.