Ölkə 11:11 24.09.2022

Müdafiə Nazirliyindən növbəti açıqlama: "Tamamilə yalandır"

"Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan Ordusunun bölmələri tərəfindən guya təxribat törədilməsi barədə yaydığı məlumat tamamilə yalandır və heç bir real əsası yoxdur".

Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyindən məlumat verilib.

"Yayılan məlumatı qəti surətdə təkzib edirik. Bildiririk ki, bu, qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır", - məlumatda qeyd edilib.