Sənət 12:35 06.10.2022

Musiqili Teatr 3 dildə tamaşa ilə gəlir

Akademik Musiqili Teatrı yeni mövsümdə tamaşaçılarına 3 dildə tamaşa təqdim edəcək.

Qaynarinfo xəbər verir ki, bu günə kimi teatrda Azərbaycan, rus dilində tamaşalar nümayiş edilirdi. Oktyabrın 15-16-da yaradıcı heyət ilk dəfə ingilis dilində də tamaşa oynayacaq. 

Qeyd edək ki, Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsəri əsasında hazırlanan tamaşa ingilis dili sevərlərə hədiyyə olacaq.

Bahar Rüstəmli