Dünya 11:19 19.06.2022

NATO-nun baş katibi: "Ukraynada müharibə uzun illər davam edə bilər"

NATO-nun baş katibi Yens Stoltenberq Almaniyanın "Bild" qəzetinə müsahibəsində bildirib ki, Ukraynada müharibə uzun illərlə davam edə bilər.

Qaynarinfo bu barədə "Reuters" agentliyinə istınadən xəbər verir.

"Biz özümüzü Ukraynada müharibənin illər çəkə biləcəyinə hazırlamalıyıq. Lakin bu, bizi ukraynalılara dəstəyimizdən əl çəkməyə mane olmamalıdır. Ukraynalıları Rusiyanın təcavüzünə qarşı müdafiə etməliyik".

NATO-nun baş katibi bildirib ki, bu, təkcə konkret hərbi xərclər deyil, həm də Ukraynanın ərzaq və enerji  xərclərində qarşılamaq lazımdır.

O əlavə edib ki, Ukrayna ordusuna hərbi yardım artırılarsa və ukraynalılara daha təkmil silahlar verilsə, Donbas regionu Rusiyanın nəzarətindən çıxa bılər.

Stoltenberq keçən həftənin əvvəlində verdiyi başqa bir müsahibədə NATO üzvlərinin Madrid sammitində Kiyevə yeni hərbi yardım paketi ilə bağlı razılığa gəlmələrini gözlənildiyini bildirib.

M.Arif