Dünya 10:34 13.06.2022

NATO-nun baş katibi Ukraynanın ərazi güzəştləri ehtimalını dilə gətirdi

Ukraynada sülh mümkündür, sadəcə yeganə sual onun Ukraynaya hansı ərazi güzəştlərinin bahasına başa gələcəyidir, ona görə də NATO Kiyevə kömək edir ki, ən aşağı əvəz ödəməklə müharibədən çıxa bilsin.

Qaynarinfo xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq bazar günü Helsinkidə keçirilən mətbuat konfransında deyib. Konfransdan yayımı NATO-nun mətbuat xidməti aparıb.

"Ukraynada sülh mümkündür. Məsələ onun qiymətinin nə olacağıdır. Biz bu sülh üçün nə qədər ərazi, azadlıq və demokratiya ödəməyə hazırıq? NATO Ukraynaya Rusiya ilə danışıqlar masasında hərbi əməliyyatlara son qoyacaq ən güclü mövqedə qərar tutmaq üçün kömək etmək niyyətindədir”, - o bildirib.

Bununla yanaşı, Stoltenberq NATO hərbçilərinin Ukraynadakı münaqişədə iştirak etmədiyini qeyd edərək, alyansın bu ölkədən kənarda hərbi əməliyyatların güclənməsini istəmədiyini vurğulayıb.

NATO hər zaman müstəqillik uğrunda mübarizə aparan ölkəyə kömək etməyə çalışıb, lakin mümkün qədər eskalasiyadan qaçmağa çalışıb, ona görə də heç vaxt Ukraynaya daxil olmayıb və ukraynalıların uçuşa qadağa qoyulması tələbini qəbul etməyib.

Alpər