Dünya 17:02 02.06.2022

NATO və ABŞ rəsmiləri Ukrayna müharibəsinin nə vaxt bitəcəyindən danışdılar

Ukraynada müharibə danışıqlar masası arxasında bitəcək, lakin ukraynalılar sülh danışıqlarında mövqelərini gücləndirmək üçün özlərini müdafiə etməyi bacarmalıdırlar.

Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, bu barədə NATO və ABŞ-ın yüksək səviyyəli rəsmiləri bildiriblər

Çərşənbə günü Vaşinqtonda keçirilən birgə mətbuat konfransında dövlət katibi Entoni Blinken və NATO-nun baş katibi Yens Stoltenberq bildiriblər ki, döyüş meydanındakı vəziyyət gələcək danışıqların necə inkişaf edəcəyinə təsir edəcək.

Stoltenberq jurnalistlərə "Müharibələr gözlənilməzdir" deyib: "Biz işğalı proqnozlaşdıra bildik, lakin bu müharibənin necə inkişaf edəcəyini proqnozlaşdırmaq çox çətindir. Bildiyimiz odur ki, demək olar, bütün müharibələr hansısa mərhələdə danışıqlar masasında başa çatır”,- o bildirib. 

O əlavə edib ki, NATO Ukraynanın özünümüdafiə hüququnu dəstəkləyir, eyni zamanda Kiyev rəhbərliyinə Moskva ilə danışıqlarda öz qərarını verəcəyinə inanır.

Blinken Stoltenberqin fikirlərini təkrarlayıb.

"Bizim çalışdığımız şey, ukraynalıların bu təcavüzdən müdafiə olunmaq, onu dəf etmək və geri otuzdurmaq üçün əlində lazım olan şeylərə sahib olduğundan əmin olmaqdır. Həmçinin ortaya çıxan hər hansı danışıqlar masasında mümkün olan ən güclü ələ sahib olduqlarına əmin olmaq”,- Blinken deyib. 

Blinken həmçinin bildirib ki, münaqişənin trayektoriyası və ya nə vaxt bitəcəyi barədə spekulyasiya etmək çətindir.

"Vaxtı dəqiq deyə bilmərik. Deyə biləcəyimiz şey, Ukraynanın özünümüdafiə vasitələrinə və bu yolda hər addımda mümkün olan ən güclü ələ malik olmasına əmin olmaq üçün nə edəcəyimizdir”, - o əlavə edib. 

Nurlan Hüseynov