İdman 16:07 01.09.2022

"Neftçi" ilə "Qarabağ" cərimələndi - Əliyevə 5 oyunluq cəza verildi

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qaynarinfo qurumun rəsmi saytına istinadən xəbər verir ki, iclasda Premyer Liqanın 4-cü turunda yol verilmiş qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.

"Neftçi” – "Zirə” oyununda "Neftçi” klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı klub 1600 manat cərimə olunur.

"Neftçi” – "Zirə” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur.

"Qarabağ” – "Şamaxı” oyununda "Qarabağ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunur.

"Səbail” – "Kəpəz” oyununda matçın 69-cu dəqiqəsində "Kəpəz” klubunun 11 nömrəli futbolçusu Rauf Əliyev hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra yenidən meydana daxil olduğu üçün 5 oyun cəzalanır klub 4000 manat cərimə olunur.

"Səbail” – "Kəpəz” oyununda "Kəpəz” klubunun 8 nömrəli futbolçusu Tural Axundov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 200 manat cərimə olunur.

"Səbail” – "Kəpəz” oyununda stadionun dəhlizində "A” buraxılış vəsiqəsinə malik olmayan şəxslər aşkar olunduğu üçün meydan sahibi klub 800 manat cərimə olunur.

"Qəbələ” – "Sabah” oyununda "Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

"Qəbələ” – "Sabah” oyununda "Qəbələ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunur.

Səbuhi Həsənov