Ölkə 16:52 21.11.2022

Nişanlısının onun üçün aldığı nişan üzüyünü oğurladı, həbs cəzası almadı

Bakıda nişanlısının evindən qızıllarını oğurlayan şəxsə höküm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, 1990-cı il təvəllüdlü Sabirabad rayon sakini Akşin adlı şəxs nişanlısı Elnarəyə məxsus evdən bir qızıl qızıl üzük, bir qızıl sırğa və bir gümüş sep oğurlayıb. O, həmçinin nişanlısına məxsus 350 manat dəyərində olan "Airpods 2” markalı qulaqcığı da götürüb.

Yaxın vaxtlarda onların rəsmi nikah olmalı imiş. Buna görə də Elnarə nişanlısı üçün 360 manata 3,5 qram çəkidə, 583 əyyarlı qızıl nişan üzüyü alıb. Akşin həmin üzüyü də oğurlayaraq satıb. 

Polisin apardığı araşdırma zamanı Akşinin digər cinayət əməllərinin də üstü açılıb. Məlum olub ki, o, təxminən bir ildən artıq müddətdir "tap.az” və digər müxtəlif elan saytlarında avtomobil və evlərin alqı-satqısı, bağ evlərinin kirayə verilməsi ilə bağlı elanlar yerləşdirib. Həmin elan saytlarında yerləşdirdiyi elanlardakı avtmobillərin və evlərin şəkilləri real olmayıb, ev şəkillərini "emlak.az” saytından, avtomobil şəkillərini isə "autopapa.ge” adlı saytdan götürüb. Həmin şəkilləri "tap.az” və "masinlar.az” adlı saytlarda yerləşdirib, onların özünə məxsus olduğunu bildirərək müştəriləri aldadlb pul alırmış. 

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilib və barəsində 1 il 6 ay müddətinə başqa yerə getməmək haqqında iltizam qəti imkan tədbiri seçilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və məhkəmə zalından azad olunub.

Əhməd