Dünya 10:30 20.02.2023

Növbəti addım F-16-ların Ukraynaya verilməsi olacaq - Mark Rütte

Niderlandın Baş naziri Mark Rütte bildirib ki, Ukrayna Silahlı Qüvvələrinə silahların verilməsində növbəti addım F-16 təyyarələrinin tədarükü olacaq.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Nv.ua nəşri yazır.

"F-16 həqiqətən növbəti addım olacaq. Bu, növbəti böyük addım olacaq. Lakin biz gələcəyə yönəlmişik və sizə lazım olan hər şeyi ehtiyacınız olduğu müddətdə əldə etməyinizi təmin edirik. Ona görə də dedik ki, bu məsələdə heç bir tabu yoxdur. Amma F-16 ABŞ-da istehsal olunur və onlar F-16-ların Ukraynaya verilməsinin əleyhinədirlər. Bir çoxları buna görə tərəddüd edir”, - Rütte bildirib.

O qeyd edib ki, təyyarə məsələsini yerindən tərpətmək üçün "Leopard 2” tanklarının tədarükü üçün yaranmış koalisiyaya oxşar koalisiya yaratmaq lazımdır. Rütte hesab edir ki, bu, bir neçə həftə çəkəcək.

"Hələlik bunun baş verib-verməyəcəyi ilə bağlı heç bir nəticə yoxdur, lakin biz irəliyə baxırıq və ona meyl edirik", - Niderlandın hökumət başçısı bildirib.

Nizami Bağırov