Siyasət 16:28 22.06.2022

Özbəkistan İlham Əliyevi qalib sərkərdə kimi qarşıladı – Deputat

"Bu səfər və imzalanan sənədlər ən qısa zamanda iki qardaş və dost ölkə arasında strateji müttədiqlik şərtləri yaradacaq qədər əhəmiyyətldir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Prezident İlham Əliyevin Özbəkistana səfərinin nəticələrindən danışarkən deyib. Onun sözlərinə görə, bu səfər iki ölkə arasında münasibətlərin inkişafına yeni təkan verəcək:
 
"Səfər zamanı 20-yə qədər mühüm sənəd imzalandı ki, bunların hər biri ayrılıqda olduqca əhəmiyyətlidir. Çünki məzmun etibarilə bu sənədlər iki ölkə arasında münasibətlərin böyük bir spektrını əhatə edir. Bura iqtisadi, mədəni sahədən başlamış hərbi texnki əməkdaşlığa qədər geniş blok daxildir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Prezidenti postpandemiya dörünün ilk rəsmi səfərlərindən birini məhz Özbəkistana etdi. Çünki hazırki mürəkkəb geostrateji şərtlər milli dövlətlər üçün proqnozlaşdırılması mümkün olmayan təhdidlər yaradır ki, belə təhdidləri yalnız etibarlı müttəfiq və tərəfdaşlarla birlikdə dəf etmək mümkündür. Bu təhdidlər sadəcə hərbi siyasi məzmunlu deyil, həm də iqtisadi, tibbi-sağlamlıq, informativ və s. olmaqla çoxşaxəlidir. Bütün bunlar milli maraqların qorunması üçün fəal əməkdaşlığı zəruri edir. Özbəkistanda başda Prezident Savkat Mirziyoyev olmaqla siyasi elita və bütövlükdə özbək xalqı Azərbaycan Prezidenti İlham Əliyevi böyük təntənə və ehtişamla qarşıladı”.

Hikmət Babaoğlu Özbəkistanın Azərbaycan Prezidentini qalib sərkərdə kimi qarşıladığını bildirib:"Yalnız qardaş xalq qardaşının tarixi zəfərinə belə sevinə bilər. Prezident Şafqat Mirziyoyev bidirdi ki, "Mənim qardaşım, hörmətli İlham Heydər oğlu dahi atası Heydər Əliyevin işini davam etdirdi və Azərbaycan xalqının əzəli torpaqlarını geri qaytarmaqla tarixi ədaləti bərpa etdi”. 

Belə səmimi və sevgi dolu cümləni qurmaq yalnız qardaş olmaq lazımdır ki, Özbəkistan – Azərbaycan qardaşlığı da ölkənin liderinin dilindən məhz bu cür səsləndirilir. Ancaq belə mənəvi-humanitar məsələlərlə yanaşı iki ölkənin qarşılıqlı iqtisadi, hərbi –texniki və siyai əməkdaşlığı o qədər böyük potensiala və perespektvə malikdir ki, bu potensialın realizə olunması regionun iqtisadi və kommunukariv mənzərəsini tamamilə dəyişə bilər”. 

Deputatın fikirincə, Azərbaycanın yaratdığı logistika və kommunikasiya layihələri Özbəkistan üçün Qərbə çıxış qapısı rolunu oyanya bilər:
 
"Özbəkistan işğaldan azad edilmiş Füzuli rayonunda məktəb inşa etməyi planlaşdırır. Bu bir qardaş töhfəsidir və məhz məktəbin tikilməsi ayrıca məzmun daşıyır”.

Bahar Rüstəmli