Novruz bayramına görə rayondan qohumlarının evinə 6 ədəd kütüm balığı və 3 balon qatıq gətirən şəxsin yükü Koroğlu metrostansiyasının yaxınlığında oğurlanıb.
Qaynarinfo-nun məlumatına görə, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının apardığı araşdırma zamanı oğurluğu 1988-ci ildə Göyçay rayonun Yalman kəndindən anadan olmuş Nazimin (şərti) törətdiyi müəyyənləşib.
O, zərərçəkmişin 12 kq çəkisi olan kütüm balığını və 3 balon qatığını oğurladığını etiraf edib.
Nizam oğurladığı malları geri qaytardığından məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilib və sərbəst buraxılıb.
Əhməd
Şərhlər