Ölkə 10:02 23.09.2022

Oktyabrın 16-da Hilton Oteldə Təhsil və Peşə Mərkəzlərinin I Tanıtım Sərgisi keçiriləcək

Sərginin keçirilməsində məqsəd, təhsil və peşə mərkəzlərinin fəaliyyəti haqqında ictimaiyyəti məlumatlandırmaq və eyni zamanda xidmətləri haqqında daha geniş məlumat verməkdir. Yeni tədris ilinin başlanğıcında təhsili və karyerası ilə bağlı yeni qərarlar vermək istəyən şəxslər bu sərgidə iştirak edən təhsil və peşə mərkəzlərinin xidmətləri haqqında 1 gün boyunca canlı və ətraflı məlumat ala biləcək. Sərgidə öz auditoriyası ilə canlı ünsiyyət qurmaq, daha çox potensial müştəriyə çatmaq və fəaliyyətini genişləndirmək istəyən mərkəzlər iştirak edə bilər. 

Xarici dil kursları, xaricdə təhsil mərkəzləri, pəşə təhsili məktəbləri, İT və Dizayn kursları, bağçalar, peşə təhsili və ixtisas artırma kursları, psixoloji mərkəzləri, kitab evləri və nəşriyyatlar iştirak edə bilərlər. 

Sərgidə iştirak etmək üçün aşağıdakı linkdən qeydiyyatdan keçmək lazımdır. 


Qəbul edilmiş şirkətlərlə 3 iş günü ərzində əlaqə saxlanılacaq.

Sərgidə iştirakçı sayı 60, ziyarətçilərin sayı isə 3000 minə yaxın olacaq. 

İştirak üçün son müraciət tarixi 3 oktyabrdır.