Siyasət 12:15 23.09.2022

Paşinyanın BMT-dəki sərsəmləməsi: "Bu komissiyanın işini sabotaj etmək cəhdidir"

Ermənistan Baş naziri Nikol Paşinyan BMT-nin tribunasından Azərbaycan Prezidenti Əliyevə sual ünvanlayıb.
 
"Mən Azərbaycan prezidentinə rəsmi və ictimai sual verirəm. Ermənistan Respublikası kimi tanıdığınız və ya tanımağa hazır olduğunuz Ermənistanın xəritəsini göstərə bilərsinizmi? Bunu niyə soruşuram. Çünki belə çıxır ki, rəsmi Azərbaycana görə, Ermənistanın yalnız yarısı, hətta daha azı Ermənistan Respublikasıdır. Əgər Azərbaycan Ermənistanın ərazi bütövlüyünü nəzəri yox, konkret olaraq tanısaydı, mən beynəlxalq səviyyədə tanınmış 29.800 kvadrat kilometr ərazimizin bütövlüyünü nəzərdə tuturam, bu o demək olar ki, biz bir-birimizin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanımaqla sülh müqaviləsi imzalaya bilərik. Əks halda, bizim "phantom" sülh müqaviləmiz olacaq..."

Paşinyanın fikirlərinə Qaynarinfo-ya açıqlamasında münasibət bildirən politoloq Qabil Hüseynli vurğulayıb ki, Ermənistan baş naziri bu sərsəm fikrilə farmazonluq etməklə ictimai fikri azdırmağa çalışıb:



"1918-ci ildə ermənilərin yaratdığı Ararat Respublikasının sərhədi 9 min kv.km olub. Zəngəzur, Dərələyəz-Göyçə mahalı isə Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə daxil idi. Lakin sovet işğalından sonra yaranan bolşevik imperiyası 10 min kv.km-lik Zəngəzur ərazisini Azərbaycandan alıb Ermənistana verdi. Ardınca Dərələyəz, Göyçə mahalı da Ermənistana verildi. Belədə 20 min kv.km-dan çox ərazi Azərbaycanda qopardılaraq Ermənistana peşkəş edildi. Bunu xəritələr də təsdiq edir. Nikol Paşinyana onda belə bir sula vermək lazımdır. O, 1918-ci il xəritəsi üzrə erməni dövlətinin dediyi 29,8 min kv.km-lik əraziyə malik olduğunu söyləyə bilərmi? Çətin ki, bunu söyləsin. Paşinyan BMT-də bu kimi sərsəm çıxışı ilə ictimai fikri azdırmağa çalışır. Yəqin ki, Azərbaycan Prezidenti onun cavabını verəcək”. 

Politoloq Zərdüşt Əlizadənin fikrincə, Paşinyanın BMT tribunasından etdiyi bu çıxış delimitasiya komissiyasının işini sabotaj etmək cəhdidir:


 
"Sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiya yaradılıb. Paşinyanın BMT tribunasında etdiyi həmin çıxış isə onun komissiyanın işini sabotaj etməsi cəhdidir. Azərbaycan nəzəri cəhətdən Ermənistanın bötüvlüyünü tanıyır. Amma bu bütövlüyü konkret təsdiq etmək üçün delimitasiya kommisiyası mütləq işləməlidir. Komissiyanın yaradılmasından 5 ay keçsə də, cəmi 3-4 iclası olub. Görünən odur ki, İrəvan həmin prosesdən yayınır. Zəhmət çəkib gəlsin, sərhədi dəqiqləşdirib razılaşdıraq, imzalayaq. Azərbaycanın guya ərazi bütövlüyünü tanıyan İrəvan ölkəmizin Qarabağ bölgəsində bir neçə minlik hərbi qulluqçu saxlamağa, onları silahlandırmağa necə rəva bilir? Buna nə ad vermək olar? Müstəqil dövləti tanıyırsansa, onun ərazisində öz qoşununu niyə saxlayırsan? Paşinyan bu kimi çıxışla əslində erməni əhalisinin xoşuna gəlməyə, nefuzunu qorumağa çalışır”. 

Rüfət Sultan