İdman 11:34 09.11.2022

Pike karyerasının son matçında qırmızı vərəqə gördü

Ötən həftə aktiv futbolçu karyerasını bitirdiyini açıqlayan 35 yaşlı Jerar Pike sonuncu matçında qırmızı vərəqə görüb.

Qaynarinfo xəbər verir ki, "Barselona"nın "Osasuna" ilə matçının fasiləsində müdafiəçi hakimə etiraz etdiyi üçün meydandan qovulub.

Oyun zamanı ehtiyat oyunçular skamyasında yer alan Pike hakimlə dialoqa görə cəzalandırılıb. Bununla da ispan müdafiəçi klub tarixində Pep Qvardiola və Xristo Stoiçkova birlikdə ən çox qırmızı vərəqə alan futbolçu olub. Hər üç futbolçu ümumilikdə 8 dəfə cəzalanıb. 

"Osasuna" - "Barselona" qarşılaşması katalon klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Səbuhi Həsənov