"Vaqner” özəl hərbi şirkətin sahibi Yevgeni Priqojin Rusiya hərbi rəhbərliyini ciddi şəkildə tənqid edərək, cəbhədə uğur qazanmamasının səbəbini "hərbi bürokratiya"da görüb.
Qaynarinfo xəbər verir ki, o, bu barədə Rusiya media nümayəndələri ilə görüşdə deyib.
"Dəhşətli hərbi bürokratiya və hər gün yaradılan maneələr olmasaydı, Baxmut Yeni ildən əvvəl alınardı", deyə Priqojin bildirib.
"Şəhərkənarı klublardan, 500 metrlik otaqlardan, yaşlanma əleyhinə və ya digər kosmetik masajdan sonra müharibədəki əsgərləri idarə etmək mümkün deyil", deyə Priqojin davam edib. O bəyan edib ki, Müdafiə Nazirliyinin nəzarətində olan bölmələrin döyüş əməliyyatları aparmasına "xəyalpərəstlik və həddindən artıq yaltaqlıq” təsir edir.
Priqojin həmçinin qeyd edib ki, Müdafiə Nazirliyinin cəbhənin digər hissələrində döyüşən bölmələri "aktivlik göstərmir”.
İş adamının proqnozuna görə, Baxmutun mühasirəsi mart-aprel aylarında baş tutacaq: "Təxmin etmək çətin olsa da, hər şey onların yeni silahları nə dərəcədə aktiv şəkildə alacağından asılıdır”.
"Vaqner”in sahibi hesab edir ki, onun yaratdığı struktur Rusiya ordusunun çatışmazlıqlarından uzaqdır. Onun sözlərinə görə, təşkilatın komanda daxilində "bərabərlik və təşkilatçılıq” hökm sürür və rəhbərlik sıravilərin yanındadır.
Priqojin həmçinin məhbusların təşkilatın strukturlarına cəlb edilməsinin dayandırılmasının nəticələrini qiymətləndirib. Son zamanlar hüquq müdafiəçilərinin bildirdiyinə görə, məhbusların müharibəyə cəlb edilməsi ilə əsasən Müdafiə Nazirliyi məşğul olur: "Əlbəttə, bunun mənfi təsiri olacaq. Biz indi 100% zəifləməyəcəyik, işləməyə davam edəcəyik, bunda qəbahət yoxdur, amma nəsə yaxşı gedirsə, bunu davam etdirməliyik”.
"Vaqenrin” yaradıcısı əlavə edib ki, həbsxanalardan cəlb edilənlər məhbuslar "başqa strukturlara könülsüz gedirlər”.
Nizami Bağırov
Şərhlər