İdman 12:46 04.10.2022

"Qarabağ"ın Yunanıstana səfər proqramı açıqlandı

UEFA Avropa Liqasının qrup mərhələsində "Olimpiakos” ilə qarşılaşacaq "Qarabağ”ın səfər proqramı açıqlanıb.
 
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi oktyabrın 5-i Yunanıstana yollanacaq. Komandanı aparacaq təyyarə saat 10:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

Oktyabrın 5-i saat 16:30-da (Bakı vaxtı ilə 18:30) baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 21:00-da isə (Bakı vaxtı ilə 23:00) matçın keçiriləcəyi Georgios Karaiskakis stadionunda komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.
 
"Olimpiakos” – "Qarabağ” oyunu oktyabrın 6-da Bakı vaxtı ilə 23:00-da baş tutacaq.
 
Səbuhi Həsənov