Dünya 17:31 16.08.2022

Qisas: Türkiyə Suriya ilə sərhəddə 13 PKK/YPG terrorçusunu məhv etdi

Türkiyə Müdafiə Nazirliyi bəyanat yayaraq, 13 PKK/YPG terrorçusunun ölkənin Suriya ilə sərhəddəki məntəqəsinə hücumu nəticəsində öldürüldüyünü açıqlayıb.

Qaynarinfo bu barədə Türkiyə Müdafiə Nazirliyinin Twitter səfhəsinə istinadən xəbər verir.

Suriya ilə sərhəddə yerləşən Şanlıurfa vilayətində Türkiyə sərhəd zastavasında törədilən terror aktı Türkiyə ordusunun bir əsgərinin şəhid olmasına, 4 əsgərin yaralanmasına səbəb olub.

Qeyd olunan terror hadisəsindən dərhal sonra Türkiyə ordusu terrorçulara qarşı genişmiqyaslı əməliyyata başlayıb və 13 terrorçu məhv edilib.

M.Arif