İdman 11:49 30.09.2022

Qvardioladan Ronaldoya dəstək: "Bu insanın etdiklərini bir daha görməyəcəyik"

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola son zamanlar çıxışı ilə tənqid olunan Kriştianu Ronaldo haqda açıqlama verib.

Qaynarinfonun məlumatına görə bir müddət öncə məşhur italiyalı futbolçu Antonio Kassano Ronaldonun artıq karyerasını bitirmək vaxtı çatdığını söyləmişdi. Ancaq məşhur ispan mütəxəssis onun əksinə Ronaldoya dəstəyini nümayiş etdirib. 
 
O, açıqlamasında "O, Messi ilə birlikdə son 15 ilin ən yaxşısıdır. Bu iki insanın etdiklərini bir daha görməyəcəyik. Onu izləməkdən zövq aldığımı söyləməkdən çəkinməyəcəyəm" - sözlərini söyləyib.

Təcrübəli məşqçi, "Mançester Yunayted"lə qarşılaşmaları haqda danışarkən "Kriştianonu oyundan kənarda saxlamaq üçün gücümüzdən istifadə etməliyik. Çünki o, ora düşərsə, qarşısıalınmaz olacaq. Hesabda 1:0 öndə olduğumuz səfər matçında o, demək olar ki, topa toxunmamışdı. Ancaq şansı oldu və Ederson inanılmaz şəkidə komandanı qoldan xilas etdi. Ronaldo, topa toxunmadı, amma az qala qol vuracaqdı. Keyfiyyət və istedad budur” - deyib.
 
Səbuhi Həsənov