İdman 11:14 29.10.2022

"Real"ın braziliyalı futbolçuları İspaniya vətəndaşı oldu

"Real" braziliyalı futbolçuları Rodriqo Qoes və Eder Militaoya İspaniya vətəndaşlığı verilib.

Qaynarinfo-nun məlumatına görə  daha öncə Madrid klubunun braziliyalı futbolçusu Vinisius Junior sentyabrda İspaniya vətəndaşlığı aldıqdan sonra Rodriqo və Militao da ikili vətəndaşlıq hüququna yiyələniblər.

İspaniyadakı qaydalara görə, La Liqa klubları ilk "11-lik"də Avropa İttifaqı (Aİ) xaricindən olan ölkələriin yalnız 3 futbolçusundan istifadə edə bilər. Bu da o anlama gəlir ki, braziliyalı futbolçulara İspaniya pasportu verdikdən sonra "Real"ın qış transfer dönəmində AB xaricindən asanlıqla başqa futbolçular transfer edə biləcək.

İspaniya mətbuatının yazdığına görə "Real"ın transfer siyahısında Dortmund "Borussiya"sında çıxış edən 19 yaşlı ingilis yarımmüdafiəçi Jude Bellinhem və Braziliya "Palmeyras"ının 16 yaşlı hücumçusu Endrik Felipe Moreyra de Souza da var.

Səbuhi Həsənov