Dünya 13:39 17.09.2022

Rus Pravoslav Kilsəsindən Azərbaycan Ermənistana çağırış

Rus Pravoslav Kilsəsi Ermənistan və Azərbaycanın dini liderləri arasında dialoqun qurulması istiqamətində səylərini davam etdirməyə hazırdır. 
 
Qaynarinfo xəbər verir ki, bu barədə Moskva Patriarxlığının xarici kilsə əlaqələri şöbəsinin sədri, Volokolamsk mitropoliti Entoni (Sevryuk) "RİA Novosti"yə müsahibəsində bildirib.

"Qafqaz Müsəlmanları Ruhani İdarəsinin rəhbəri Allahşükür Paşazadə ilə görüşdük. Həmçinin idarəyə sədr təyin olunmağımı nəzərə alaraq birlikdə nə edə biləcəyimizi danışdıq. Rus Pravoslav Kilsəsinin bundan sonra da münaqişə tərəfləri arasında dialoqun qurulmasında iştirak etməyə, Azərbaycan və Ermənistanın dini liderləri ilə birlikdə vəziyyətin dinc məcraya qayıtmasını təmin etmək üçün səy göstərməyə hazır olduğunu vurğuladım", deyə Entoni bildirib.

2021-ci ilin oktyabrında Patriarx Kirill Moskvadakı Danilov monastırında bütün ermənilərin katolikosu II Qaregin və Qafqaz Müsəlmanlarının sədri Şeyxülislam Allahşükür Paşazadə ilə üçtərəfli danışıqlar aparıb. Bundan əvvəl isə patriarx hər iki dini liderlə təkbətək görüşmüşdü.

Aydın