Dünya 15:05 16.08.2022

Rusiya MN Krımda baş verən partlayışları təxribat adlandırdı

"Kommersant" hadisə şahidlərinə istinadən yazır ki, Krımın Simferopol rayonunun Qvardeyskoye qəsəbəsində hərbi aviabazada partlayış səsləri eşidilir və qara tüstü buludları görünür.

Nəşrin mənbəsinin sözlərinə görə, hərbi idarələr və hüquq-mühafizə orqanları sursat anbarının kiçik PUA ilə hücumu versiyasını yoxlayır

Hələlik baş verənlərlə bağlı rəsmi şərh yoxdur.

Bu gün səhər saatlarında Krım "hakimiyyəti” Canköy rayonunun Mayskoye kəndindəki anbarda "sursatın partladılması” barədə məlumat yayıb. 2000-ə yaxın sakin təxliyə edilib.

TASS nazirliyin bəyanatına istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Krımda Canköy yaxınlığındakı sursat anbarında baş verən partlayışların təxribat olduğunu ">bildirib.

"Təxribat nəticəsində hərbi anbar zədələnib, mülki obyektlərə, o cümlədən "elektrik xətləri, elektrik stansiyası, dəmir yolu və bir sıra yaşayış binaları” zədələnib. Müdafiə Nazirliyinin məlumatına görə, ciddi xəsarət alan olmayıb.

Daha əvvəl Krımın "rəhbəri” Sergey Aksyonov bildirmişdi ki, Canköy rayonunda dəmir yolu zədələndiyi üçün materikdən gələn sərnişin qatarları Vladislavovka stansiyasında dayanır. Orada sərnişinləri "ən yaxın avtovağzallara çatdırmaq” üçün avtobuslar gözləyir. TASS-ın həmsöhbətinin sözlərinə görə, "Azov” və "Razezd 10-cu kilometr” stansiyaları arasında dəmir yolu relsi zədələnib. Artıq 2000 nəfərin olduğu 3 qatar saxlanılıb.

Bu arada Krımda yaşayan ukraynalılar ehtiyatlı olmağa və nə isə baş verərsə, təchiz olunmuş yerlərdə və zirzəmilərdə gizlənməyə çağırılıb.

Bu barədə Ukrayna prezidentinin Krımdakı daimi nümayəndəsi Tamila Taşeva "Facebook” səhifəsində yazıb.
 
Nizami Bağırov