Dünya 14:26 14.08.2022

Rusiya xofu: NATO üzvü olan bu ölkələr Alyansdan xahiş etdi...

NATO üzvü olan Şərqi Avropa ölkələri alyansdan müdafiələrini gücləndirməyi xahiş edirlər. Onlar silah axtarırlar və ABŞ-ı daha çox hərbi kontingent göndərməyə çağırırlar.

Bu barədə Qaynarinfo "The Washington Post”a istinadən xəbər verir.

Həm Ukrayna, həm də Rusiya ilə həmsərhəd olan Şərqi Avropa ölkələri "müharibənin onların sərhədlərinə çatacağından” narahatdır. Bununla bağlı Polşa, Latviya və Estoniya NATO və ABŞ-ı müdafiə imkanlarını gücləndirməyə çağırır.

Xüsusilə, Avropa ölkələri ABŞ-dan bölgəyə əlavə qüvvələr göndərməsini xahiş edirlər. Eyni zamanda, Ukraynada müharibə başlayandan sonra Avropadakı ABŞ kontingentinin sayı 100 min nəfərə çatdırılıb.

Həmçinin Polşa, Latviya və Estoniya daha çox silah almaq niyyətindədir. Söhbət NATO standartlarına cavab verən müasir silahlardan gedir. Onlar, Ukraynaya verilən və Sovet dövründən qalma texnika və avadanlıqları əvəz etməlidir.

Məsələn, Polşa "Patriot” raket batareyaları, "HIMARS”, F-16 qırıcıları və "Abrams” döyüş tankları gözləyir. Litva daha əvvəl bildirib ki, Müdafiə Nazirliyi müasir uzaqmənzilli raket artilleriyaları, hava hücumundan müdafiə sistemləri və sahil mühafizəsi silahları axtarır.

Nizami Bağırov