Sənət 18:54 27.09.2022

Rusiyanın əməkdar artisti vəfat etdi

Rusiyalı müğənni və rəqqas Boris Moiseyev 69 yaşında vəfat edib.

Qayanrinfo xəbər verir ki, bu barədə müğənninin art-direktoru məlumat verib.

Əməkdar artist bundan əvvəl iki dəfə insult keçirib. İfaçı xəstəliyi səbəbindən şou-biznesdən ayrılıb.

Ağır xəstə olan müğənniyə rejissoru Sergey Pis kömək edib. O, kommunal xərcləri ödəyib, Moiseyevə yemək alıb. Bunun müqabilində ifaçı dostu üçün Moskvada daşınmaz əmlak hədiyyə edib.

Boris Moiseyev "Mavi ay”, "Şelkunçik”, "Tanqo-kokain” və s. hitləri ilə tanınırdı.

Qeyd edək ki, Boris Moiseyev Belarusun Mogilyov şəhərində andan olmuşdu.