Ölkə 10:08 30.11.2022

Sabiq nazirlər və baş prokuror 20 il əvvəl...

Keçmiş XİN rəhbəri Vilayət Quliyev 20 il əvvəl azərbaycanlı nazirlərlə bir arada çəkilmiş fotosunu paylaşıb.

Qaynarinfo xəbər verir ki, 2002-ci ildə çəkilən fotoda sabiq nazirlər – DİN rəhbəri Ramil Usubov, milli təhlükəsizlik naziri Namiq Abbasov, ölkənin eks-baş prokuroru Zakir Qaralov və Vilayət Quliyev yer alıb.

Qeyd edək ki, Vilayət Quliyev 1999-2004-cü illərdə xarici işlər naziri olub. Daha sonra Azərbaycanın Polşadakı (2004-2010), Macarıstandakı (2010-2021) səfiri olan sabiq nazir hazırda Bosniya və Herseqovinada diplomatik missiyaya rəhbərlik edir.

Ramil Usubov 1994-2019-cu illərdə daxili işlər naziri olub, 20 iyun 2019-cu ildən Prezident yanında Təhlükəsizlik Şurasının katibidir.

General-polkovnik Namiq Abbasov 1995-2004 illərdə milli təhlükəsizlik naziri vəzifəsini tutub. 2004–2012-ci illərdə Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini daşıyıb.

Zakir Qaralov isə 25 aprel 2000-ci ildən 1 may 2020-ci ilədək Azərbaycan Respublikasının Baş prokuroru olub.