İdman 22:05 15.08.2022

Sablya üzrə Azərbaycan millisi İslamiadanın qalibi oldu

Sablya üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünü keçirib.

Qaynarinfo xəbər verir ki, yığma qızıl medal uğrunda qarşılaşmada Özbəkistan seçməsi ilə qarşılaşıb. Rəqibinə 45:34 hesabı ilə qalib gələn Azərbaycan İslamiadanın qalibi olub.