Dünya 12:16 23.07.2022

Sallivan: ABŞ Ukraynaya HIMARS üçün uzaqmənzilli raketlər vermək fikrində deyil

ABŞ Kiyevin xahişlərinə baxmayaraq, Ukraynaya HIMARS raket sistemləri üçün 300 km mənzilli ATACMS raketləri verməyə hazır deyil.

Qaynarinfo "Amerikanın Səsi”nə istinadən xəbər verir ki, bu haqda ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan deyib

Sullivan bildirib ki, ABŞ-ın əsas məqsədi Ukraynanı dəstəkləmək və müdafiə etmək üçün lazım olan hər şeyi etməkdir, digər əsas məqsədi isə III Dünya Müharibəsinə gedən yoldan uzaqq olmaqdır.

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov əmindir ki, Qərb tərəfdaşları Ukraynaya HIMARS üçün 300 kilometr məsafədə hədəfləri vura bilən mərmilər verəcəklər.

İyulun 22-də ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb. Buraya dörd HIMARS çoxsaylı buraxılış raket sistemi, 36 min artilleriya mərmisi, zirehli deşici sistemlər və 580 Phoenix Ghost dron daxildir.

İndi Ukraynada 20 HIMARS olacaq: 16 ABŞ-dan və daha dörd digər tərəfdaş ölkələrdən.

HIMARS 80 km-ə qədər məsafədə hədəfləri vura bilən raketlərlə təchiz olunub, lakin potensial sistemlər 300 km-ə qədər məsafəni vura bilir. HIMARS beş tonluq yük maşınında altı çoxsaylı reaktiv yaylım atəşi qurğusu və ya bir MGM-140 ATACMS raketi daşıyır.
 
Alpər