Dünya 17:17 17.06.2022

“Sberbank” rəhbəri: Rusiya iqtisadiyyatını 10 illik tənəzzül gözləyir

İslahat tədbirləri görməsə, Rusiya iqtisadiyyatı bir də on ildən sonra 2021-ci il səviyyəsinə qayıdacaq.

Qaynarinfo "The Moscow Times”a isinadla xəbər verir ki, bu sözləri "Sberbank”ın rəhbəri Herman Qref deyib. 

"Mövcud vəziyyətdə heç nə edilməzsə, o zaman... Rusiya iqtisadiyyatının 2021-ci il səviyyəsinə qayıtması təxminən 10 il çəkə bilər”,- Sberbank-ın rəhbəri German Qref deyib.

"Sberbank” "Ətalət” adlanan senariyə əsasən, 2022-ci ildə Rusiyanın ÜDM-sinin 7%, 2023-cü ildə isə 10,3% azalacağını proqnozlaşdırır.

"Sberbank”ın proqnozuna görə, azalma növbəti illərdə yenidən təkrəqəmliyə keçəcək və 2030-cu ilə qədər -0,1%-ə çatacaq.

Qref Rusiya ixracatının 56%-nin, idxalın isə 51%-nin ölkəyə qarşı sanksiyalar tətbiq edən ölkələrin payına düşdüyünü bildirib.

"Bu, ölkənin ÜDM-nin 15%-i üçün təhlükədir”,- o deyib.

Nurlan