Dünya 18:51 05.07.2022

Sentyabrın 1-nə kimi rublun məzənnəsi necə olacaq? - Proqnoz

Hər dördüncü rusiyalı ABŞ valyutasının dinamikasını izləyir, hər beş nəfərdən biri isə Avropa valyutası ilə maraqlanır.

Qaynarinfo xəbər verir ki, bunu ölkənin bütün rayonlarından 1,6 min respondentin iştirak etdiyi SuperJob xidmətinin sorğusu göstərib.

Xidmət analitiklərinin fikrincə, pandemiyanın başlanğıcında, 2020-ci ilin mart ayında məzənnə ilə maraqlananlar təxminən 10% - 36% idi. Daha çox kişilər rublun dollara və avroya nisbətini izləyirlər. Gəlirlərin artması ilə ruslar arasında bu mövzuya maraq da artır.

"Xalq proqnozu” payızın əvvəlinə rublun əsas ehtiyat valyutaları – dollar və avro qarşısında ucuzlaşacağını proqnozlaşdırır. Belə ki, sentyabrın 1-dək rusların fikrincə, dollar 15%, avro isə 30% artacaq. Respondentlərin əksəriyyətinin gözləntilərinə görə, həmin vaxta qədər dollar 61,67 rubla, avro isə 73,61 rubla olacaq.

"Orta rusiyalı artıq məzənnənin kilidləmə dövründə müşahidə etdiyimiz pik dəyərlərə yüksəlməsinin mümkünlüyünə inanmır. Gözləyək və görək: bu il yanvarın 10-na olan məzənnə ilə bağlı "xalqın proqnozu” qeyri-dəqiq çıxdı: dollar proqnozlaşdırılandan demək olar ki, 7 rubl, avro isə 8 rubl aşağıdır”, - analitiklər yekunlaşdırıblar.
 
Alpər