Dünya 11:53 17.08.2022

“Stasis”in İran haqda düşündürücü yeni hesabatı nəyi üzə çıxarıb?

Beynalxalq statistika şirkəti, "Stasis" İran gənclərinin yarısının ölkədən mühacirətə meyilli olduğu və Rəisinin populyarlığının 28%-dən aşağı düşdüyünü göstərir.

Qaynarinfo bu barədə "İranintl" saytının "Stasis" şirkətinə etdiyi istinada əsasən xəbər verir.

"Stasis” məlumat araşdırma və təhlili şirkətinin yeni sorğusuna görə, iranlıların üçdə biri onlara mühacirət etmək imkanı verilsə, ölkədən mühacirət edəcək. 

"İranı tərk edib xarici ölkədə yaşamaq şansınız olsaydı, bunu edərdinizmi” sualına 18-29 yaş arası iranlı gənclərin 49%-i "Bəli” deyib.

"Stasis” şirkəti eləcə də iranlıların İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin performansından "məmnunluq” və ya "narazılıq” haqqında fikirlərini öyrənib. Xalqın 64%-i prezidentin fəaliyyətindən narazı, 28%-i razıdır.

Həmçinin, şirkət iranlıların 60%-dən çoxunun hükumətin "kiber məkanın qoruma" adlı planına qarşı olduğunu bildirərək deyib ki, xalqın fikrincə, bu plan ölkədə senzuranın genışlənməsi və informasiya yayımlamasının məhdudlaşdırmasına səbəb olacaq.

Aydın