Sənət 11:24 01.10.2022

Sumqayıt Teatrında "Kimdir müqəssir"

Sumqayıt Dövlət Dram Teatrında yeni tamaşa hazırlanıb.

Qaynarinfo xəbər verir ki, teatrda Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir" komediyasına daxili baxış keçirilib.

Tamaşanın quruluşçu rejissoru Fuad Kazımov, quruluşu rəssam Nizami Dadaşov, musiqi tərtibatçısı Telman Qəniyevdir. 

Qeyd edək ki, tamaşada aktyorlardan Dağlar Rüstəmov, Vəfa Qurbanova, Elay Xasiyev və Məryəm Hüseynlı və başqaları yer alıb.

Bahar Rüstəmli